Məktəb həyətində tikilən bina - VİDEO

Məktəb həyətində tikilən bina - VİDEO
Tikintini aparan şəxs: Bütün işlər qanun çərçivəsindədir

Gördüyünüz bu mənzərə, tikinti işləri, hansısa açıq sahədə deyil, məktəb həyətində aparılır. Bəli düz eşitdiniz məktəb həyətində, Bakı şəhər 54 saylı məktəbin həyətində.

Direktorun köməkçsi Murad Novruzov deyir ki, 2014-15-ci illərdə məktəb həyətinin bir hissəsi metropolitenin avtovazal stansiyasına verilib.

Daha sonra həyətin yeni xəritəsi çəkilərək 2018-ci ildə Dövlət Əmlak Komitəsi tərəfindən onlara təqdim olunub. Hazırda gedən tikinti isə qanunsuz olaraq məktəb həyətinin bir hissəsini tutur.

Öyrəndik ki, tikintini Asif Əsədov adlı fiziki şəxs aparır. O, bir qalaq sənəd təqdim edərək görülən işlərin tam qanun çərçivəsində aparıldığını iddia etdi.

Ətrafdakı binaların sakinləri də tikintiyə etiraz edirlər. Bu məsələdə tərəflərin sözü bir-birinin boğazından keçmir. Görünən odur ki, bu xəmir hələ çox su aparacaq....

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə