Azərbaycan üçün effektiv platforma - VİDEO

Azərbaycan üçün effektiv platforma - VİDEO
Qoşulmama Hərəkatının Bakı Zirvəsi ölkəyə siyasi dividentlər gətirəcək

Qoşulmama Hərəkatının 18-ci zirvə toplantısının Bakıda keçirilməsi, eyni zamanda sədrliyin Azərbaycana verilməsi ölkəmizə siyasi dividentlər gətirəcək.

Çünki Birləşmiş Millətlər Təşkilatından sonra ikinci böyük beynəlxalq qurum sayılan bu hərəkatın prinsipləri Azərbaycanın apardığı xarici siyasət ilə uyğunluq təşkil edir. Həmçinin Azərbaycanın bu hərəkata üzv olduğu tarixdən 8 il sonra təşkilatın 18-ci zirvə toplantısına ev sahibliyi etməsi də ölkəmizin günü gündən atran beynəlxalq nüfuzunun artmasının əyani sübutudur.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyir ki, ərazi bütövlüyü pozulmuş Azərbaycanın siyasi maraqları da bu hərəkatın ruhuna uyğundur.

Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. Amma hərəkata üzv olan 120 ölkə içərisində Azərbaycanın daimi diplomatik nümayəndəliklərinin olmadığı dövlətlər də var. Məhz bu baxımdan həmin ölkələrlə əlaqələri möhkəmləndirmək üçün ölkəmiz üçün bu hərəkata 3 il ərzində sədrlik etməsi effektli platforma imkanı yaradacaq.

Millət vəkili, politoloq Rasim Musabəyovun fikrincə ölkəmizin yaxın 3 il ərzində bu hərəkata sədrlik etməsi gənc bir dövlət kimi özünün beynəlxalq mövqeyini möhkəmləndirməyə böyük şans verəcək.

ABŞ-ın Venesuela prezidenti Maduronın Bakıdakı iclasına etirazını şərh edən politoloq deyir ki, Maduro hərəkata sədrliyi Azərbaycana təhvil vermək üçün ölkəmizə gəlir, yəni, bu, prosedur-protokol qaydalarıdır. Venesuelanın legitim prezidenti olan Nikolas Maduronun ölkəsinin üzv olduğu beynəlxalq təşkilatların iclaslarında tam iştirak hüququ var.

Xatırladaq ki, oktyabrın 25 və 26-da Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü keçiriləcək. Venesuala 2019-2022-ci illər üzrə sədrliyi rəsmi Bakıya verəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə