Deputatlıqda son yaş həddi - VİDEO

Deputatlıqda son yaş həddi - VİDEO
Qanunvericilikdə seçkili orqanlara son yaş həddi göstərilmir

Sosial şəbəkələr, media təqaüd havasına girib.

Birmənalı yaşı ötmüş hər kəsi pensiyaya göndərir, vəzifədən istefaya çağırırlar. Xüsusilə Milli Məclisin qocaman deputatlarını. Bəs Azərbaycan qanunvericiliyi də sosial şəbəkələr deyəni deyirmi? Xeyr.

Konstitusiyanın 85-ci maddəsi Azərbaycan Respublikası Milli Məclisinin deputatlığa namizədlərə aid tələbləri özündə ehtiva edir.

Nə deyilir bu maddədə?

Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

Bəs kimlər seçilə bilməz?

İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər , din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Eyni zamanda Seçki Məcəlləsinin 13.1-ci maddəsi də 56-cı maddəsində və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın passiv seçki hüququnu tanıyır. Qanunvericilikdə vətəndaşın son yaş həddi isə göstərilmir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə