FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində 2019-ci il oktyabrın 22-də cari ilin 9 ayı ərzində baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin, şəxsi heyətin nizam-intizamının, peşə, döyüş, fiziki hazırlığı vəziyyətinin, baş verə biləcək yanğınların qarşısının alınması və söndürülməsi işinin təşkil edilməsi, qəza-xilasetmə işlərinin aparılması istiqamətində yanğından mühafizə qurumlarının üzərinə düşən vəzifələrin müzakirəsinə həsr olunmuş  müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyindən REAL-a verilən xəbərə görə, FHN  Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə xidmətin təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının daha da yüksəldilməsi, baş vermiş yanğınların daha az itkilərlə qarşısının alınması və operativ söndürülməsi üçün həyata keçirilmiş işlər haqqında məlumat verilib.

Müşavirədə respublikamızda yanğından mühafizə qurumlarının döyüş hazırlığının daha da yüksək  səviyyədə saxlanılması, yanğın təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin olunması, yanğınların qarşısının alınmasının, söndürülməsinin daha da səmərəli təşkili, bununla əlaqədər gəza-xilasetmə işlərinin aparılması, profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətində  qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirələr zamanı yanğınların baş verməsi və yayılması imkanlarının aradan qaldırılması, bu cür hadisələrin son dərəcə sürətlə aşkar və ləğv olunması, əhalinin yanğından qorunması, yanğınların təhlükəli amillərinin insanlara və ətraf mühitə təsirinin aradan qaldırılması, maddi və mənəvi sərvətlərin yanğından qorunması üçün şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının hazırlığının daim diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb.

Müşavirədə yanğınların ləğv edilməsi, qəzaların nəticələrinin aradan qaldırılması   zamanı və digər mürəkkəb xarakterli xüsusi şəraitlərdə qüvvə və vasitələrin bacarıqla idarə olunması, həmin qüvvə və vasitələrin taktiki imkanlardan maksimum istifadə etməklə döyüş hərəkətlərinin həlledici istiqamətlərində tez və vaxtında cəmləşdirib yeridilməsi, yanğınların söndürülməsi üzrə dəqiq və əsaslandırılmış qərarlar qəbul olunması ilə bağlı tapşırıqlar verilib.

Toplantıda xidmətin təşkil olunması, intizamın gücləndirilməsi, yanğın avtomobillərinini istismarı zamanı yol-nəqliyyat hadisələrinə səbəb olan diqqətsizlik və məsuliyyətsizlik, yanğın yerində təhlükəsizlik texnikasi qaydalarına riayət edilməməsi kimi halların  sürücülər tərəfindən aradan qaldırılması,  yanğın texnikalarının təmiri və istismarının təşkili və s. istiqamətdə işlərin daha da səmərəli həyata keçirilməsi, Xəzər dənizi akvatoriyasında neft və qaz sənayesi obyektlərinin, enerji müəssisələrinin, həmçinin pambıq yığımı ilə bağlı məhsulun yanğın təhlükəsizliyini təmin edən yanğından mühafizə qurumlarının fəaliyyəti  ilə əlaqədar tapşırıqlar verilərək, müvafiq yanğından mühafizə qurumları qarşısında vəzifələr qoyulub. İnsanların sıx toplaşdığı  ticarət mərkəzləri, yarmarka və bazarların da yanğın təhlükəsizliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilərək müvafiq tapşırıqlar verilib.

Müşavirədə, həmçinin  baş verə biləcək yanğınların söndürülməsi üçün qüvvə və vasitələrinin səmərəli cəlb olunması, istifadə edilməsi üçün lazımi şəraitin yaradılması, yanğın rabitəsi işinin yüksək səviyyədə təşkili, həyat təminatı xidmətləri ilə qarşılıqlı əlaqənin təşkil olunması, mühafizəyə götürülmüş obyektlərdə yanğından mühafizə işinin gücləndirilməsi və qabaqlayıcı tədbirlərlərin artırılması, FHN-nin müvafiq qurumları ilə qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi istiqamətində yanğından mühafizə qurumlarına müvafiq göstərişlər verilib. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə