QH-də sədrlik Azərbaycana keçir - VİDEO

QH-də sədrlik Azərbaycana keçir - VİDEO
Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatında çıxış edib

“Bu il Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürür”.

Bunu bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatı ölkələrinin Xarici işlər nazirlərinin hazırlıq görüşündə çıxış edən Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib.

E. Məmmədyarov bildirib ki, Venesuela quruma sədrlik etdiyi üç il müddətində Hərəkatın prinsiplərini təbliğ edib və onların həyata keçirilməsində vacib işlər görüb:

“Qoşulmama Hərəkatı siyasi dialoq və əməkdaşlıq üçün vacib beynəlxalq platformadır”.

Nazir deyib ki, sədrliyi dövründə Azərbaycan qurumun dəstəklədiyi prinsipləri təbliğ edəcək. E. Məmmədyarov əlavə edib ki, Qoşulmama Hərəkatı yarandığı gündən bəri sülh və təhlükəsizliyin təminatında fundamental rol oynayıb. Hazırkı beynəlxalq geosiyasi situasiyada qurumun qarşısında vacib vəzifələr var.

E. Məmmədyarov əlavə edib ki Azərbaycan bu bloka qoşulduğu 2011-ci ildən bütün vəzifə və öhdəlikəri tam şəkildə həyata keçirib və bu blokun prinsiplərini təbliğ edib.

Nazir bildirib ki Azərbaycan davamlı inkişaf siyasəti çərçivəsində böyük uğurlar qazanıb:

“Bu gün Azərbaycan iqtisadi gücə və mədəni müxtəlifliyi təbliğ edən uğurlu modelə çevrilib. Azərbaycan regional iqtisadi layihələrdə və təşəbbüslərdə fəal şəkildə iştirak edir. Şərq-Qərb nəqliyyat dəhlizi, Şimal-Cənub nəqliyyat dəhlizi və Cənub Qaz Dəhlizinin təşkilində Azərbaycanın siyasi-coğrafi mövqeyi onun ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığına imkan yaradır”.

Nazir Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O bildirib ki bu münaqişə regional və beynəlxalq təhlükəsizliyə təhdiddir:

“Azərbaycan bu konfliktdən uzun illərdir, əziyyət çəkir”.

Xatırladaq ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə