Taxıl istehsalı 3,4 mln. ton olub - VİDEO

Taxıl istehsalı 3,4 mln. ton olub - VİDEO
Taxıl istehsalı ilə bağlı layihələrə 71 mln. dollar ayrılıb

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Dəstək və İnkişaf Fondu ölkədə taxıl istehsalı ilə bağlı layihələrə 71 mln dollar ayırıb.

Bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda dedi.

Onun sözlərinə görə, sözügedən layihələr ölkədə böyük aqroparkların və böyük fermer təsərrüfatlarının yaradılmasını ehtiva edir: "Bununla yanaşı, Fond 463 min tonluq 30 taxıl anbarının yaradılması üçün kreditlər də ayırıb".

Nazir müavini həmçinin bildirib ki, Bu il oktyabrın 1-nə olan göstəriciyə görə, Azərbaycanda taxıl istehsalı artaraq 3,4 mln ton olub, buğda istehsalı isə 2,2 mln tona çatıb.

Tədbirdə çıxış edən Türkiyənin Taxılçılıq üzrə Komitəsinin baş direktoru Əhməd Güldal Bakı-Tiflis-Qars dəmir yolu xəttinin Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına töhfə verdiyini dedi. O, sözügedən dəmir yolu xəttinin taxılçılıq yüklərinin daha rahat və əlverişli çatdırılmasını təmin edəcəyini bildirdi.

Qeyd edək ki, bu gün Bakıda Beynəlxalq Taxılçılıq Forumu keçirilib. Forumda Azərbaycan, Rusiya, İran, BƏƏ və digər ölkələrdən nümayəndələr iştirak edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə