Xeyirxahlıq abidəsi - VİDEO

Xeyirxahlıq abidəsi - VİDEO
H.Z.Tağıyevin heykəli İstiqlaliyyət küçəsində ucaldılacaq

Millət atası kimi milli tariximizdə özünə yer tutan böyük xeyriyyəçi və messenat Hacı Zeynalabdin Tağıyevin Bakıda abidəsinin ucaldılması məqsədilə Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu elan etdiyi açıq heykəltəraşlıq müsabiqəndə 26 layihə arasında Xalq Rəssamı, heykəltaraş Xanlar Əhmədovun layihəsi seçilib.

Müsabiqəyə üç formada təqdim edən Xanlar Əhmədov bildirdi ki, bu heykəlin yaradılmasında onun ən çox istədiyi Tağıyevin xarakterini insanlara daha yaxşı çatdırmaqdır.

Xanlar Əhmədov gördüyü işin böyük zəhmətlə ərsəyə gəldiyini vurğulayıb.

O, bildirdi ki, bu heykəldə Tağıyevin medalları, ordenləri həqiqi mənada öz ölçülərində yerini tapacaq.

Tarix Muzeyindən ona bağışlanan kitabda onun bütün medal və ordenlərinin ölçülərini, mənalarını, geyimini xırdalığına qədər öyrənib.

Xatırladaq ki, Hacı Zeynalabdın Tağıyevin heykəli İstiqlaliyyət küçəsində İçəri Şəhər metrosunun qarşısındakı meydançada ucaldılacaq. Heykəl özü tuncdan, postament isə qara qranitlə qırmızı qranitin qarışığından olacaq.

Heykəlin hündürlüyü 3 metr, pyedestal isə 1-1,5 metr hündürlükdə olacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə