Sabahın havası

Sabahın havası

Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

ETSN-dən bildirilib ki, səhər  bəzi yerlərdə zəif duman olacaq, şimal küləyi əsəcək.

Havanın temperaturu  gecə 12-16° isti, gündüz  20-23° isti, Bakıda gecə 13-15° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.   

Tibbi-meteoroloji proqnoz:

Oktyabrın 27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi   və metetoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq, şərq  küləyi əsəcək.

Havanın temperaturu  gecə 10-15° isti, gündüz  20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15° isti təşkil edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə