Xalq artisti Əjdər Ibrahimovun 100 illik yubileyi keçirilib - FOTO

Xalq artisti Əjdər Ibrahimovun 100 illik yubileyi keçirilib - FOTO

Nizami Kino Mərkəzində oktyabrın 29-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə kinorejissor, Xalq artisti Əjdər Ibrahimovun 100 illik yubileyi keçirilib.

Əjdər Ibrahimov sovet vaxtı SSRİ ilə Türkiyə arasında kino sahəsində əlaqələr quran ilk rejissor olub. "Məhəbbətim mənim, kədərim mənim" bədii filmində Türkan Şorayı baş rolda çəkib.

REAL xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanfilm kinostudiyasının direktoru Cəmil Quliyev Əjdər Ibrahimovun yaradıcılığından söz açıb.

Daha sonra Əjdər Ibrahimovun həyat yoldaşı ssenarist Marqarita Maleyeva, Azərbaycan kinooperatoru və fotoqrafı Rafiq Qəmbərovu, eyni zamanda Rusiyadan dəvət olunmuş qonaqlar danışıblar.

Qeyd edək ki rejissorun həyat yoldaşı Moskvada yaşayır Tədbirin sonunda Nizami Abbasın Əjdər Ibrahimov haqqında çəkdiyi "Narahat adam" sənədli filmi nümayiş etdirilib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə