Nəsiminin heykəli Moskvada - FOTO, VİDEO

Nəsiminin heykəli Moskvada - FOTO, VİDEO
Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Nəsimiyə abidə ucaldılıb

Oktyabrın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin heykəli açılıb.

REAL-ın Rusiya bürosu xəbər verir ki, Nəsiminin 650 illik yubileyi çərçivəsində ucaldılan abidənin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad

Bülbüloğlu, M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel çıxış ediblər.

B.Şyukin adına Teatr İnstitutunun azərbaycanlı tələbələri İmaməddin Nəsiminin şerlərini ifa ediblər.

Abidənin müəllifi Rusiya Rəssamlıq Akademiyasının akademiki, heykəltəraş Aydın Zeynalovdur.

Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumu 1994-cü ildə yaradılıb. Hazırda burada dünyanın tanınmış şair, ədib və mütəfəkkirlərinin 30-dan çox heykəli var. 2012-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Atriumda Azərbaycan ədibi və filosofu Mirzə Fətəli Axundova da heykəl ucaldılıb.

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri ilə görüşüb. Görüş çərçivəsində “Nar” adlı rəsm sərgisi təşkil olunub,

Botanika bağına iki nar tingi hədiyyə olunub. Görüş gənclərin iştirakı ilə konsert proqramı ilə davam edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə