Qeyri-sabit hava şəraiti davam edir - VİDEO

Qeyri-sabit hava şəraiti davam edir - VİDEO
Bakıda və Abşeronda fasilələrlə yağış yağacağı gözlənilir

Dünən axşam saatlarından başlayaraq paytaxt ərazisində intensiv yağış yağıb. Qeyri-sabit 2 gün davam edəcək. 

Bu barədə daha ətraflı məlumatı REAL-a Milli Hidrometeorologiya Departamentinin əməkdaşı Gülçin Sadıxova məlumat verib.

"Ölkə ərazisində hava şəraiti dəyişərək qeyri-sabit keçib. Arabir yağış yağıb, bəzi yerlərdə isə intensiv olub. Xınalıqda, Şahdağda qar yağıb. Belə hava şəraiti bu gün və sabah davam edəcək. Hava şəraiti qeyr-sabit keçəcək. Abşeronda qeyri-sabit hava şəraiti noyabrın 4-ü gündüz saatlarına kimi davam edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. 2-si gündüzdən, 3-ü səhər saatlarına kimi gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Bölgələrə qeyri-sabit hava şəraiti noyabrın 3-ü gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağəşın intensiv olacağı ehtimalı var. Dağlıq rayonlarda qar yağacağı ehtimal olunur. Paytaxt ərazisində fasilələrlə yağış yağacaq", - deyə Gülçin Sadıxova bildirib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə