Çində Nəsiminin yubileyi qeyd olunub - VİDEO

Çində Nəsiminin yubileyi qeyd olunub - VİDEO
Pekində Azərbaycan dili və ədəbiyyatı sərgisi açılıb

Heydər Əliyev Fondunun dəstəyi ilə "Nəsimi ili" çərçivəsində Çində Azərbaycan dili və ədəbiyyatı sərgisi açılıb. Dahi şairin 650 illik yubiley tədbirləri çərçivəsində Çinin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində təşkil edilən sərgidə dilimizə və onun tarixinə, müasir dövrdə Azərbaycanın dil siyasətinə dair nəşrlər, Qobustan qayaüstü rəsmləri, "Kitabi-Dədə Qorqud" dastanı, Azərbaycanda müxtəlif dövrlərdə istifadə olunan əlifbalar, şair və yazıçılarımızın əsərləri nümayiş olunub. Bundan başqa, Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə, Azərbaycan-Çin əlaqələrinə dair eksponat və kitablar da sərgidə yer alıb. Ziyarətçilərə həmçinin Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də təqdim olunur.

Noyabrın 15-dək davam edəcək sərginin açılış mərasimində çıxış edənlər Çin-Azərbaycan dostluq əlaqələrinin böyük tarixindən, müasir dövrdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar-mədəni istiqamətdə sürətlə inkişaf etdiyini vurğuladılar. qeyd olundu ki, "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşdırılması ikitərəfli əməkdaşlığı daha da möhkəmləndirib. İki ölkə arasında əlaqələrin inkişafında qeyri-hökumət təşkilatları və tədris müəssisələri də fəallıq göstərirlər. Bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyəti diqqət çəkir. Fond Pekində Azərbaycan-Çin dostluq konsertini, Azərbaycan Mədəniyyəti Gününü təşkil edib, həmçinin Çində təşkil edilən bir sıra festivallarda Azərbaycanın iştirakına dəstək verib. Tədbirdə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbələr Azərbaycan, Çin və ingilis dillərində Nəsimi, onun yaradıcılığı haqqında çıxış ediblər.

Pekin Xarici Dillər Universitetinin prorektoru Yan Quoxua bildirib:

"Sərginin təşkilinə böyük dəstəyə göə Azərbaycan səfirliyinə, Heydər Əliyev Fonduna təşəkkür edirik. İki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Bizim universitetdə 2017-ci ildən Azərbaycan dilinin tədrisinə, ötən ildən is bu ixtisas üzrə bakalavr pilləsinə qəbul başlanılıb. Asiyada Azərbaycan dilinin ixtisas kimi tədris oldunğu yeganə ali təhsil ocağı olan Pekin Xarici Dillər Univeristeti Azərbaycanın dövlət qurumları, Heydər Əliyev Fondu, Milli Elmlər Akademiyası və bir çox ali təhsil ocaqları ilə səmərəli əlaqələr yaradıb. Ümid edirik ki, bu cür tədbirlər təkcə müəllim və tələbələrimizdə deyil, bütün Çin ictimaiyyətində şərq və qərbin qovşağında yerləşən Azərbaycan, onun zəngin mədəniyyəti, ədəbiyyatı haqqında geniş məlumat yarada biləcək".

Qeyd edək ki, bu, Çində diplomatların yetişdirilməsi üzrə əsas ali təhsil ocağı olan Pekin Xarici Dillər Universitetində Azərbaycanla bağlı təşkil olunan ilk tədbir deyil. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada dəfələrlə ölkəmizlə bağlı tədbirlər təşkil olunub, mühazirələr oxunub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə