"Sumqayıt"ın hücumçusu özünü Ronaldu ilə müqayisə edib

"Oyuna yaxşı hazırlaşmış, müsbət və mənfi cəhətlərimiz üzərində çalışmışdıq. İlk yarıdakı imkanlarımızdan yararlana bilsəydik, yəqin ki, 3 xal bizim idi. Amma olmadı. İkinci hissədə yaxşı oynamağa, qollar vurmağa çalışırdıq. İkinci hissədə rəqibin cəmi bir hücumu oldu, o da qolla nəticələndi. İki dəfə hesabda geri düşsək də, sonda bərabərliyə nail olduq".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Peyman Babayi səfərdə "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 

25 yaşlı hücumçu bildirib ki, komandası 3 xal qazana bilərdi. O, növbəti turda "Sabah"a qarşı ən yaxşı oyunlarından birini keçirməyə çalışacaqlarını vurğulayıb.

Babayi əlinə düşən imkanlardan yararlana bilməməsini normal qarşıladığını bildirib: "Dünyanın ən yaxşı futbolçuları da qol şanslarını qaçırır. Mən də, komanda yoldaşlarım da daha çox qol vurmaq üçün çalışdıq. 3 xala ehtiyacımız var idi. Gələn oyunlarda imkanlarımdan yararlanmağa çalışacağam".

Cənubi azərbaycanlı forvard "Zirə"yə qayıdan hücumçu Riçard Qadzenin yeganə şansından yararlanmasına da toxunub: "Belə hal mümkündür. Amma o da ola bilər ki, Kriştianu Ronaldunun əlinə 3 qol şansı düşsün, 1-ni vursun. Futbolda hər şey mümkündür. Öncədən nə isə demək olmaz".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə