Premyer Liqa: "Sabah" "Qəbələ"dən üstün olub

Premyer Liqa:

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun son oyunu keçirilib.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Sabah"ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1

Hesabı 43-cü dəqiqədə "Qəbələ"nin hücumçusu Davit Volkov açıb. Lakin fasilədən sonra "Sabah" iki qol vurub. 54-cü dəqiqədə Cavid İmamverdiyev, 73-cü dəqiqədə isə Hendrik Ekşteyn fərqlənib.

Bu, X turda heç-heçə ilə yekunlaşmayan yeganə oyun olub. "Sabah" səfər qələbəsi sayəsində xallarını 10-a çatdırsa da, yenə 7-ci pillədə qalıb. "Qəbələ" isə xalla sonuncudur.

Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" - "Qarabağ"la, "Səbail" "Keşlə" ilə 0:0, "Zirə" "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə