Yevlaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Yevlaxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Yevlaxın Hürüuşağı kənd ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qəfil qarşısına çıxan camışı vuraraq öldürüb. Qəza zamanı avtomobildə olan 3 nəfər yüngül xəsarət alıb.

Qeyd edək ki, "VAZ" markalı avtomobilin arxasınca gələn "Mercedes" markalı avtomobil də yolun ortasındakı ölmüş camışın üstündən keçib. Nəticədə həmin avtomobilə də zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə