Kürdəmirdə avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Kürdəmirdə avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Şirvan şəhər sakini Mikayılov Rəfael Ayazxan oğlu yolu keçmək istəyərkən onu "RAF-2203" markalı mikroavtobus vurub. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə