Məmməd Ismayıl-80 (VİDEO)

Məmməd Ismayıl-80 (VİDEO)
Ustad şairin 80 illik yubileyi ilə bağlı tədbir keçirildi

Noyabr ayının 3-də ustad şair, Türkiyədəki Çanaqqala Universitetinin professoru Məmməd İsmayılın 80 illik yubileyi ilə bağlı Aktyorlar evində tədbir keçirildi.
Yubiley mərasimində poeziyasevərlərlə yanaşı, ziyalılar, millət vəkilləri, tanınmış sənətçilər də iştirak etdilər.
Tədbirdə həmçinin Məmməd İsmayılın yenicə çap olunan "Gəlməyə vaxtmı tapdın, 80 yaşım" adlı şeirlər kitabı da təqdim olundu.

M. İsmayıl 1939-cu ildə Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində dünyaya gəlib. 1957-ci ildə Əsrik-Cırdaxan kənd orta məktəbini, 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib. 1998-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

14 yaşından bədii yaradıcılıqla məşğuldur. 1970-ci ildən "Azərbaycan Yazıçılar Birliyi"nin və "Azərbaycan Jurnalistlər İttifaqı"nın üzvüdür. "Avrasya Yazarlar Birliyi"nin qurucu üzvüdür.

"Azərbaycan Yazıçılar Birliyi"nin katibi seçilib və dəfələrlə "Yazıçılar Birliyi"nin idarə heyətinin, rəyasət heyətlərinin üzvü olub.Fransa Elm,Senet və Ədəbiyyat və Ukrayna Ali Təhsil akademiyalarının həqiqi üzvüvüdür. Bir çox xarici ölkənin ədəbiyyat ensiklopediyalarında həyatı və ədəbi fəaliyyəti ilə bağlı məqalələr nəşr edilib.

Dünyanın 30-dan çox ölkəsində keçirilən konfrans və şeir festivallarında Türk və Azərbaycan ədəbiyyatlarınıı layiqincə təmsil edib. İndiyədək Azərbaycan, Türk, Fransız, Yapon, Alban, Rumın,Rus, Macar,Qazax və başqa dillərdə 40-dan çox bədii və elmi kitabı, 300-dən artıq məqaləsi çap olunub, 50-dən çox şerinə mahnı bəstələnib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə