Qazaxıstanda neft məhsullarının avtomobillərlə xaricə daşınması dayandırılıb

Qazaxıstanda neft məhsullarının avtomobillərlə xaricə daşınması dayandırılıb

Qazaxıstanın Daxili İşlər, Maliyyə, Enerji nazirlikləri və Milli Təhlükəsizlik Komitəsi tərəfindən imzalanan birgə əmrə görə, neft məhsullarının avtomobil nəqliyyatı vasitəsilə xaricə daşınmasına 6 ay qadağa qoyulur.

“Report” “Ədilet” hüquqi informasiya portalına istinadən xəbər verir ki, yalnız yanacaq baklarında və ya ayrıca qablarda daşınan 20 litrədək yanacaq məhsullarına şamil olunmayan bu qadağa noyabrın 2-dən qüvvəyə minib.

Bundan əvvəl benzin və dizel yanacağının qonşu Özbəkistan, Qırğız Respublikası və Rusiyadan ucuz olduğu səbəbindən həmin ölkələrlə sərhədboyu bölgələrdə tranzit nəqliyyat vasitələri tərəfindən yanacaq və sürtgü materiallarının ifrat həcmdə istehlak olunduğu açıqlanmışdı.

REAL TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə