Radio işçilərinin peşə bayramı - VİDEO

Radio işçilərinin peşə bayramı - VİDEO
Radionun yaranmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycanda televiziyanın 63 və radionun 93 yaşı tamam olur.

1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bu münasibətilə Opera və balet teatrında dövlət və hökumət nümayəndələri, ictimai-siyasi xadimlər, radio-televiziya işçiləri və media nümayəndələrinin iştirakı ilə Milli televiziya və radio gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli həsənov radio və televiziya işçilərini təbrik etdi, Azərbaycanda radio və televiziya yayımının müasir standartlara cavab verdiyini və bu istiqamətdə görülən işlərdən, o cümlədən bu sahədə dövlətin dəstəyindən danışdı

Çıxış edən MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli Azərbaycan radiosunun yarandığı andan bu günə qədər böyük inkişaf yolu keçdiyini və Azərbaycanda tele-radio yayımının cəmiyyətimizdə fəaliyyət göstərən ən mühüm fəaliyyət sahələrindən birinə çevrildiyini qeyd edib.

Tədbir konsert proqramı ilə davam edib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə