Bakıda şadlıq evinin qarşısında ata-oğul bıçaqlanıb

Bakıda şadlıq evinin qarşısında ata-oğul bıçaqlanıb

Bakıda şadlıq sarayının qarşısında ata-oğul bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən "Mirakl" şadlıq evinin qarşısında qeydə alınıb.

Qəsəbə sakini Həsən Nəsibov və oğlu Sərxan Nəsibov şadlıq evinin qarşısında naməlum şəxslərlə mübahisə ediblər. Bu zaman ata-oğulun hər ikisi bıçaqlanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, onların həyatını xilas edilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə