Bakıda 81 yaşlı kişi qəza törətdi, ana və 2 yaşlı oğlu öldü

Bakıda 81 yaşlı kişi qəza törətdi, ana və 2 yaşlı oğlu öldü

Binəqədi rayonu ərazisində yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Sumqayıt-Novxanı yolunda qeydə alınıb.

Bakı şəhər sakini, 1938-ci il təvəllüdlü Əliyev Şamil Əlihüseyn oğlu idarə etdiyi "Volvo" markalı 10 UU 509 dövlət nömrə nişanlı avtomobillə Goradil bağlar massivindən Sumqayıt-Novxanı dairəvi yoluna çıxarkən həmin yolla hərəkət edən 1964-cü il təvəllüdlü Quliyev Mehman Dadaş oğlunun idarə etdiyi "Hyundai" markalı 10 VP 841 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, "Hyundai" markalı avtomobildə olan sərnişinlər, 1994-cü il təvəllüdlü Rüstəmova Türkanə Məmməd qızı və onun övladı, 2017-ci il təvəllüdlü Quliyev Yusif Orxan oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə