7 gəmi əfsanəsi - VİDEO

7 gəmi əfsanəsi - VİDEO
“Neft Daşları” yatağında neftin tükənməsi gözlənilmir

Neft Daşlarında aparılan işlər düşünməyə imkan verir ki, ən azı 2035-ci ilə qədər də burdakı yataqlarda uğurla neft çıxarılacaq.

Bunu REAL-a çıqlamasında Neft Daşları NQÇİ-nin baş geoloqu Əhəd Abduyev bildirib.

Qısası, bu gün Neft Daşlarında neftin tükənməsi müzakirə mövzusu deyil. Hərçənd Neft Daşalrının inşa olunduğu 50-ci illərdə ən ciddi mövzu bu idi. Hətta bura sovet höküməti investisiya qoymaq belə istəmirdi.

Ağaqurban Əliyevin geoloji tədqiqatları sovet hakimiyyətinin iradəsini qırdı. Açıq dənizdə şəhər salındı. Amma o vaxta qədər neft gözləmirdi. Sözün əsl mənasında 1 nömrəli quyunun ağzı açılmışdı. Neftçilərin dənizin ortasında qalıb işləməsi üçün şərait yaratmaq lazım idi. Bəs Necə etməli?

7 gəmidən 6-sı çoxdan mavi sulara qərq olub. Amma bir gəmi 70 ildir burda əfsanəyə çevrilən bir həqiqətin sübutu kimi qalır. 7 gəmi əfsanəsi kimi qalır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə