Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO - VİDEO

Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var - FOTO - VİDEO

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 180-cı kilometrliyində, rayonun Karrar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağsu rayon sakini, 1969-cu il təvəllüdlü Rüstəmov Famil Əjdər oğlu  idarə etdiyi "KamAZ" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni  istiqamətdə hərkətdə olan Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomabilə çırpılıb.

Nəticədə hər iki sürücü və minik avtomobilində olan sərnişin Məmmədova Zenfira Köçəri qızı müxtəlif növ bədən xəsarətləri alıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər