İqtisadiyyatda xarici investisiya - VİDEO

İqtisadiyyatda xarici investisiya - VİDEO
Azərbaycan iqtisadiyyatına xarici investorların cəlbi əsas prioritetdir

Bu gün vergi yükünün mövcudluğundan, səviyyəsindən, vergi inzibatçılığı mədəniyyətindən asılı olaraq, istər bir sıra yerli, istər xarici investorlar yeni biznesi başlamaq, yoxsa başlamamaq, hansı ölkədə başlamaq, hansı həcmdə sərmayə yatırmaq kimi suallara cavab və müvafiq qərarlar verir.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir əsas məqsədlərdən birinin də Azərbaycan iqtisadiyyatına xarici investisiyanın cəlb edilməsinin olduğunu deyib.

Statistik rəqəmlərə nəzər salanda aydın olur ki, son 16 ildə Azərbaycan iqtisadiyyatına yatırılan 263 milyard dollarlıq investisiyanın 50 faizi xarici sərmayəçilərin payına düşür. Deməli, Azərbaycan iqtisadiyyatı ən etibarlı sistemlər sırasına daxildir. Yəni, burada xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb.

2017-ci ildə Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business" hesabatında 65-ci pillədə qərarlaşmışdı. Bir il sonrakı hesabatda 8 pillə yüksələrək 57-ci yerə qalxdı. Bu hesabatda 190 ölkənin biznes mühiti qiymətləndirilmişdi. Əhəmiyyətli idi ki, həmin hesabatda Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi təqdim edilib. Bir il sonra, "Doing Business 2019" hesabatında isə ölkəmiz 190 dövlət arasında 25-ci yeri tutub.

Azərbaycan yatırılan xarici investisiyanın həcminə görə Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran və Çexiya sərmayədarları fərqlənirlər.

Azərbaycanın isə ən çox sərmayə qoyduğu ölkələr arasında Türkiyə, Gürcüstan, İsveçrə, Rusiya, Böyük Britaniya qərarlaşıb.

İnvestisiya yatırmaq üçün ən yaxşı ölkələr:

1.MALAYZİYA
2. POLŞA
3 FİLİPPİN
18. ABŞ
24.ÇİN
43. AZƏRBAYCAN

Malayziya, Polşa və Filippin edir. Dünyanın ən böyük iqtisadiyyatlarına malik ölkələr ABŞ, Çin və Yaponiya isə siyahıda müvafiq olaraq 18-ci, 24-cü və 32-ci yerlərdə qərarlaşıblar. Azərbaycan isə 43-cü yeri tutub və Rusiya istisna olmaqla postsovet məkanında bütün ölkələri qabaqlayıb.

İqtisadçı ekspert Elşad Məmmədov hesab edir ki, xarici investorların cəlbi üçün Azərbaycanda kifayət qədər işlər görülür.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə