IV Beynəlxalq Bankçılıq Forumu - VİDEO

IV Beynəlxalq Bankçılıq Forumu - VİDEO
İqtisadiyyatın nağdlaşması ilə bağlı gələcək hədəflər müzakirə olunur

Bu gün Bakıda Bakıda regionun ən nüfuzlu maliyyə-bank tədbiri - IV Beynəlxalq Bankçılıq Forumu işə başlayıb.

Sabah başa çatacaq tədbir "Nağdsız iqtisadiyyat: Dayanıqlı Bankçılığa Doğru" mövzusunda, "Mastercard"ın tərəfdaşlığı, “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi, Azərbaycan Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası və İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə baş tutub.

Forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayns sahəsindəki yeniliklər eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Forumda çıxış edən AMB-nin İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev bidlirdi ki,görülən tədbirlər nəticəsində Mərkəzi Bankının (AMB) yaratdığı elektron ödəmə sistemləri vasitəsi ilə keçirilən ödənişlərin həcmi artıq 200 mlrd. manata yaxın olub. Onun sözlərinə görə, nağdsız hesablaşmalarda, o cümlədən kart ilə həyata keçirilən hesablaşmaların həcmi cari ildə 59% artıb və 3,3 mlrd. manat təşkil edib.

Azərbaycan Maliyyə Bazarlarında Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədrinin vəzifəsini icra edən İbrahim Alışov isə qeyd etdi ki, Azərbaycanda "Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanun layihəsi hazırlanıb. Onun sözlərinə görə, qanun layihəsi özündə bir sıra aspektləri əhatə edir və 9 fəsil, 72 maddədən ibarətdir.

Telekommunikasiya sahəsində strateji yol xəritəsində rəqəmsal ödənişlərin genişləndirilməsi prioriteti müəyyən edilib. Hesablamalara əsasən 2020-ci ildə rəqəmsal ödənişlərin genişləndirilməsinin ümumi daxili məhsulun (ÜDM) artımına birbaşa təsiri 40 mln. manat, dolayı 15 mln. manat, ümumilikdə isə 55 mln. manat təsiri olacaq”. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirdi ki, strateji yol xəritəsində bankların rəqəmsallaşması ilə bağlı konkret hədəf müəyyənləşib

Qeyd edək ki, beynəlxalq bankçılıq forumu maliyyə-bank sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərini, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmentini, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərlərini, digər qərar qəbulediciləri, influenserləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələrini, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıların bir araya gəldiyi məkandır. Forum çərçivəsində müxtəlif əlaqədar tədbirlərin və mitupların keçirilməsi də nəzərdə tutulur.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə