Qatarı evlə səhv salanlar - VİDEO

Qatarı evlə səhv salanlar - VİDEO
Metroda qatarlara minərkən qapıları saxlamayın

Bakı metropoliteni 2015-ci ildən ən müasir sistemlərlə təchiz olunub, bura 4-cü nəslə mənsub qatarlar gətirilir. Bu xüsusda onların avtomatlaşdırılmış bir sistemlə təchiz olunmasını xüsusilə qeyd edilməlidir. Bu qatarlar dövrün bütün yenilikləri ilə təchiz olunaraq tam kompüterləşmiş sistemlə çalışır. Bunların əsas özəlliklərindən biri onun idarəetməsinin asanlaşması və sərnişinlərin təhlükəsizliyinin optimal səviyyəyə çatdırılmasından ibarətdir. Lakin son dövrlərdə yeni gətirilən qatarların qapılarında yaranmış problemlə əlaqədar məsələlər gündəmə gəlib.

Bəxtiyar Məmmədovun sözlərinə görə Bakı Metropoliteni müntəzəm olaraq istehsalçı şirkətlə əlaqə saxlayır və yaranmış problemlərə dərhal müdaxilə olunaraq aradan qaldırılır.

Bundan başqa Bəxtiyar Məmmədov onu da bildirdi ki, Bakı Metropoliteni artıq istehsalçı şirkətlə bağladığı yeni müqaviləyə əsasən növbəti 3 il ərzində daha 60 vaqonun və yaxud 12 qatar tərkibinin ölkəyə gətirilməsi nəzərdə tutulur. Bununla "Bakı Metropoliteni"ndə istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək.

Qeyd edək ki, “Metrovaqonmaş” vaqon təchizatı sahəsində Bakı metropoliteninin uzunmüddətli tərəfdaşıdır. Müəssisə 1967-ci ildən Bakı metropolitenini vaqonlarla təmin edir və hazırda vaqon parkı 305 vaqondan ibarətdir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə