Azərbaycanda şirkətlərin gəlirlərinin yoxlanılacağı halların sayı artırılıb

Azərbaycanda şirkətlərin gəlirlərinin yoxlanılacağı halların sayı artırılıb

İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlir (mənfəət) üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi hallarında vergi orqanları tərəfindən vergi ödəyicisinin gəliri yoxlanacaq.

"APA-Economics"in məlumatına görə, bu, Vergilər Nazirliyinin Kollegiyasının "Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları"nda etdiyi dəyişiklikdə əksini tapıb.

Bu zaman vergilərin yenidən hesablanması yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçiriləcək.

Vergi Məcəlləsində nəzərdə tutulmuş azadolmaların düzgün tətbiqi və bəyan edilməsi ilə əlaqədar da gəlirin yoxlanılması həyata keçiriləcək. O cümlədən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsinin Vergi Məcəlləsinə uyğunluğunun yoxlanılması vergi ödəyicisinin gəliri yoxlanılacaq.

Dəyişiklik bu gündən qüvvəyə minir.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə