Dəniz fədailəri - VİDEO

Dəniz fədailəri - VİDEO
"Neft Daşları"nda təhlükəsizlik məsələləri müzakirə olunur

Neft Daşlarında çalışan işçilərin təhlükəsizliyi bu möcüzə şəhər salınandan diqqət mərkəzindədir.

70 yaşl Neft Daşlan öz tarixi boyu bir neçə dəfə faciəli hadisələr, insan itkiləri ilə nəticələnən qızalar yaşayıb. 1953-cü ilin qışında Xəzərdə təbiətin nadir, faciəli hadisəsi yaşandı. Dənizin şimal hissəsində havaınn gözlənilmədən istiləşməsi nəticəsində nəhəng buz sahələri əsas hissədən qoparaq küləyin təsirilə cənuba tərəf yönəldi.

Əvvəlcə buzların Abşeron yataqlarına çatacağma heç kəs inanmırdı. Çünki arada 100 km məsafə vardı. Lakin alınan məlumatlar göstərdi ki, buzlar Pirallahıya «Gürgan- dəniz»ə yaxınlaşır. Çox keçmədi ki, bu rayonlarda əsl «buz müharibəsi» başladı və iki həftəyə qədər davam etdi.

Estakadalar uçulmağa başladı. 300–400 m uzunluğundakı estakadalar, üzərində boru kəmərləri və kabel güc xətləri, işıqlandırma dayaqlan və fəaliyyetdəki quyu-ları olan meydançalar dəniz dibinə qərq oldu. Buz dağlan «Artyom-dənizi» və «Gürgan-dənizi» məhv edəndən sonra Neft Daşlanna tərəf hərəkət edəndə bu, neftçilər üçün əsl sınağa çevrildi. Amma Neft Daşları –bu möcüzə şəhəri elə möcüzə də xilas etdi. Şərqdən əsən külək kəsdi və sonra güclənərək qərbdən əsməyə başladı. Buzun hərəkəti dayandı. Neft Daşları faciədən qurtuldu.

1957-ci ilin noyabr ayırın 20-dən 21-nə keçən gecə isə faciədən xilas olmaq mümkün olmadı.

Həmin gün Növbədə Xəzərdə ilk neft quyusunu qazan Mixail Kaveroçkin və onun briqadası - Süleyman Bağırov, Nikolay Duplixin, İbrahim Sadıqov, Məmməd Muradov, Bala Mirzəyev idi. Fırtına onları əbədi sükuta qərq etdi.

Neft Daşları belə sınaqları 1992-ci ildə də, ondan əvvəl və sonra da yaşayıb. Hazırda görülən təhlükəsizlik tədbirləri maksimum bu cür faciələrin qarşısını almağa hesabalnıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə