Daha yeni bir yol yenidən qurulub - VİDEO

Daha yeni bir yol yenidən qurulub - VİDEO
Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenilənib

13 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunundan istifadə edən sürücülər bundan sonra nə ürkək şəkildə avtomobil idarə edəcək nədəki,sərnişinlər özlərini dəmir parçasının üstündə narahat hiss edəcəklər. Çünki sel sularının təsirindən yuyulmuş,hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlmiş, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranmış bu yol yenidən qurularaq sakinlərin ixtiyarına verilib.

Layihəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, təqribən 36 min kub.m həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.

Yol boyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən müxtəlif diametrlərə malik 9 ədəd 120 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb və izolyasiya olunub, avtoqreyderlə 9300 paqon-metr küvetlərin açılması işləri görülüb.

Görülən bütün bu işlər isə vətəndaşların rahat gediş-gəlişini təmin edir, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə