Mitinqin təxirə salınma səbəbi - VİDEO

Mitinqin təxirə salınma səbəbi - VİDEO
Arif Hacılı 10 noyabr mitinqinintəxirə salınma səbəbini açıqlamadı

Ötən gün Müsavat Partiyasının noyabrın10-da təyin etdiyi mitinqlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq mitinqin deylən vaxt Lökbatan qəsəbəsi, 28 may küçəsi "Neftçi İdman Klubu"nun Qaradağ təlim - idman bazasında keçirilməsinə razılıq verilib.

Ancaq bu razılıqdan bir neçə saat keşməmiş partiya tərəfindən mitinqin keçirilməyəcəyi barədə xəbərlər yayıldı.

Biz də REAL olaraq mitinqin təxirə salınma səbəbini elə partiyanın başqanı Arif Hacılıdan öyrənməyə çalışdıq.Bu məqsədlə yollandıq partiyanın qərarlaşdığı ünvana. Bir neçə dəqiqəlik gözləntidən sonra Arif Hacılının bununla bağlı müsahibə vermək istəmədiyi bildirildi.Canlı bağlantının alınmadığını görüb əl atdıq virtual bağlantıya. Arif Hacılının cavabı isə bu cür oldu.

Xatırladaq ki, Arif Hacılının nəzərdə tutduğu açıqlamanı mediaya partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı verib və o Bakı şəhər İcra Hakimiyyətinin cavabını qanunsuz hesab etdiklərini buna etiraz olaraq isə noyabrın 12-də İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəklərini bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə