Avropa Liqası: “Qarabağ” Kiprdə APOEL-ə uduzub - YENİLƏNİB, 3

Avropa Liqası: “Qarabağ” Kiprdə APOEL-ə uduzub - YENİLƏNİB, 3

"Qarabağ" komandası UEFA Avropa Liqasının qrup mərhələsində IV tur matçına çıxıb.

Azərbaycan təmsilçisi Kiprdə APOEL-lə üz-üzə gəlib. Nikosiyadakı "GSP Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hər üç qol künc zərbəsindən sonra vurulub. 10-cu dəqiqədə Maksim Medvedev hesabı açsa da, 59-cu dəqiqədə Lukas Souza bərabərlik, 88-ci dəqiqədə George Efrem qələbə topunu vurub.

Digər tərəfdən, "Qarabağ" 16-cı dəqiqədə itki ilə üzləşib. Dani Kintana zədələnərək, yerini Maqaye Qeyeyə verib. Lakin zədəli Mahir Mədətovun yoxluğunda əsas qol ümidi sayılan fransalı hücumçu ona bəslənən ümidləri doğrultmayıb. Elə buna görə Qeyenin özü də 76-cı dəqiqədə meydandan alınıb. Onun yerinə isə zədəsini sağaldan Xayme Romero çıxıb. Oyunun gedişində zədə alan Miçel isə 83-cü dəqiqədə Abbas Hüseynovla əvəzlənib.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran APOEL eyni xala malik "Qarabağ"la 2-3-cü yerləi bölüşür. A qrupunun digər matçında Lüksemburqda "Düdelanj"ı 5:2 hesabı ilə yenən İspaniya "Sevilya"sı xallarını 12-yə çatdırıb və birinci pillənin sahibi kimi 1/16 finala yüksəlib. 3 xala malik "Düdelaj" isə qrupda sonuncu pilləyə enib.

 

***

23:32

Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL (Kipr) - “Qarabağ” (Azərbaycan) oyununda hesab dəyişib.

 Nikosiyada keçirilən matçın 59-cü dəqiqəsindən ev sahibləri status-kvonu bərpa ediblər. Lukas Souzanın zərbəsi dəqiq alınıb - 1:1. 

 

****

22:28

"Qarabağ" APOEL-lə oyunda hesabı açıb.

Ağdam təmsilçisi oyunun 10-cu dəqiqəsində topu rəqibin qapısından keçirib. Azərbaycanın turnirdəki yeganə təmsilçisinin heyətində Maksim Medvedev fərqlənib - APOEL-"Qarabağ: 0-1

 

***

21:55 

UEFA Avropa Liqasında qrup mərhələsinin IV turu çərçivəsində APOEL - "Qarabağ" oyunu başlayıb.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi UEFA Avropa Liqasının (AL) qrup mərhələsində Kiprin paytaxtı Nikosiyadakı “GSP Arena”da növbəti oyununa çıxıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə