Metropoliten günü - VİDEO

 Metropoliten günü - VİDEO
Bakı Metropoliteninin fəaliyyətindən 52 il ötür

Bu gün Bakı Metropoliteni işçiləri peşə bayramını qeyd edir. 1967-ci ildən fəaliyyət göstərən Bakı Metropoliteninin 52 yaşı tamam olur.

Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov bu barədə REAL-ın birbaşa efirində məlumat verib.

Yaranmasının 52-ci ildönümünü qeyd edən Bakı metrosu 1967-ci il noyabrın 6-da 5 stansiya – indiki “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xəttin istifadəyə verilməsi ilə fəaliyyətə başlayıb. Üçü dərinözüllü olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başlayıb. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrilib.

 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə