“DOST“da yeni “MAS“ xidməti - VİDEO

“DOST“da yeni “MAS“ xidməti - VİDEO
"Elektron bazada hazırda 14 200 vakant iş yeri haqqında məlumat var"

"2016-cı ildən etibarən ölkə başçısının tapşırığı ilə özünəməşğulluq proqramı həyata keçirilir. Bu proqramın məqsədi işsiz və işaxtaran vətəndaşların aktiv əmək bazarına cəlb olunması və onlara dövlət vəsaiti hesabına aktivlərin verilməsi ilə kiçik təsərrüfatların yaradılması, mikrobiznesə dəstək verilməsidir".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev deyib. O, ötən il 7200 şəxsin bu proqrama cəlb edildiyini bildirib:

2019-cu ildə bu göstərici 10 minə çatdırılıb. 2020-ci ildə proqrama cəlb olunanların sayının 11 minə çatdırılması planlaşdırılır. Ölkə başçısının tapşırığı ilə hazırda Dünya Bankı ilə müzakirələr aparılır. Dünya Bankı ilə imzalanması gözlənilən sazişə uyğun olaraq gələn il üçün 3 min artım, yəni 14 minə yaxın şəxsin, gələcək illərdə isə 5 min artımla təxminən 16 min şəxsin bu proqrama cəlb olunması gözlənilir.

Anar Əliyevin sözlərinə görə, elektron bazada hazırda 14200 vakant işyeri haqqında məlumat var.

Hazırda işəgötürənlərin mövcud bütün vakansiyaları elektron bazaya daxil etməsi üçün addımlar atılır. Hazırda təhlillər aparılır ki, ölkədə hansı ixtisaslar üzrə işçilərə daha çox tələbat var. Bu tələbat daha çox peşələr üzrədir. Artıq iş axtarışında olan və özünüməşğulluq proqramında iştirak üçün müraciət etmək istəyən şəxslər heç bir sənəd toplamadan, heç bir yerə getmədən "Məşğulluq" alt sistemi üzərindən müraciət edə biləcəklər.

Anar Əliyev qeyd edib ki, işsiz şəxslərin əmək bazarına qaytarılması ilə bağlı xüsusi fərdi məşğulluq proqramları həyata keçiriləcək: "Bu proses yeni istifadəyə verilən "Məşğulluq" alt sistemində elektronlaşdırılıb".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə