Milli maraqlardan uzaq ensiklopediya - VİDEO

Milli maraqlardan uzaq ensiklopediya - VİDEO
Vikipediyada Azərbaycanla bağlı məlumatlar təhrif olunur

Virtual ensiklopediya statusunu qazanmış vikipediada Azərbaycanla bağlı məlumatlar saxtalaşdırılır. Xüsusi ilə milli maraqlara, dövlətçiliyə zidd olan şəxslər qəhrəmanlaşdırılır, onların siyasi riyakarlığından daha çox elmi və digər siyasi fəaliyyətləri barədə məqalələr yerləşdirilir. Şəxsiyyətə pərəstiş müstəqillik tariximizdə qara iz buraxmış şəxslərin timsalında daha aydın görünür. Problem tarixçiləri daha çox narahat edir. Çünki onlar yaxşı bilir ki, tarixin saxtalaşdırılması cinayətdir və belə məqamlar xüsusi ilə internetdən daha çox yararlanan gənclər üçün çox təhlükəlidir.

İnformasiya texnologiyaları institutunun sektor müdiri İradə Ələkbərova deyir ki, 2001-ci ildən fəaliyyətə başlayan vikipedia ensiklopediyasının azərbaycandilli bölməsi 2002-ci ildən fəaliyyətə başlayıb.

Hazırda burda yerləşdirilən məqalələrin sayı 151 mini ötüb. Vikipedianın sosial şəbəkə növünə çevrildiyini bildirən mütəxəssis də etiraf edir ki, son zamanlar buradan daha çox siyasi məqsədlər üçün istifadə olunur. Xüsusi ilə informasiya müharibəsinin getdiyi bir dönəmdə ermənipərəst təşkilatlar tərəfindən tez-tez informasiya terroruna məruz qalırıq.

Vikipediaya məlumatların yerləşdirilməsi ilə daha çox könüllülük prinsipi ilə həyata keçirilir.Yəni hər kəs bura məlumat yerləşdirə bilər. Lakin məlumat yerləşdirən şəxsin kimliyi və məlumat mənbəsi rəsmən təsdiqləndikdən sonra məqalə vikipediaya yerləşdirilə bilər. Azərbaycanda da bu işlə fərdi şəxslərlə yanaşı xüsusi mərkəzlər də məşğul olur.

Mərkəzin könüllülərindən olan Nuray Tanrıverdiyevanın sözlərinə görə, azərbaycandilli vikipediayada məlumatların yerləşdirilməsində ən böyük problemlərdən biri mənbə azlığı ilə bağlıdır. Konkret şəxlərə gəldikdə isə....

Xüsusilə ermənilərin Azərbaycan həqiqətlərinin vikipediada yayımlanmasına mane olduğunu qeyd edən Nuray Tanrıverdiyeva deyir ki, Azərbaycan əleyhinə yazılar xüsusi ilə rus və ingilis dilində vikipediaya yerləşdirilir.Əgər məqalə müəllifləri mənbə kimi , mötəbər bir ünvanı işarələyirsə bu zaman həmin məqalə vikipediada yer alır və onu silmək təəssüf ki,mümkünsüz olur.

Vikipediada milli maraqlarımıza zidd olan iformasiyaların yerləşdirilməsi müxtəlif vaxtlarda milli məclisdə də müzakirəyə çıxarılıb. Amma belə faktların qarşısını alacaq heç bir qanun layihəsi yoxdur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəliyev bildirir ki, Vikipedianın milli qanunla tənzimlənməsi real deyil. Neqativ hallarla mübarizəni isə nazir müavini yalnız ictimai nəzarətdə görür. .

Bir sözlə virtual müharibənin qızğınlaşdığı bir dövrdə virtual ensiklopediya olan vikipedianın bu qədər azad olması gələcək üçün yaxşı heç nə vəd etmir. Onun etibarlı mənbə olub olmaması əhəmiyyət kəsb etmədiyi kimi .Çünki virtual aləmdə kölgə salınan tariximizlə reallıq bir çox hallarda tərs mütənasibdir. Odur ki, tariximizə sahib çıxaq. Həvəskar müəlliflik müstəvisində deyil reallıqla!

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə