“Zəlzələ hadisələrində cavabvermə“ - VİDEO

“Zəlzələ hadisələrində cavabvermə“ - VİDEO
Beynəlxalq regional təlim uğurla sona çatıb

3-8 noyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən FHN Akademiyasında “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda keçirilən beynəlxalq regional təlimə yekun vurulub.

Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev keçirilən beynəlxalq regional təlimdə 25-dən artıq ölkə, 10 beynəlxalq və qeyri-hökumət təşkilatları ilə yanaşı Azərbaycan Respublikasının 25-dən artıq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələriNİN iştirak etdiyini qeyd edib.

Nazir müavini bildirib ki, təlim zamanı ssenariyə uyğun olaraq fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq humanitar yardımın göstərilməsi sahəsində prosedurlar icra edilib. Onun sözlərinə görə, təlim iştirakçıları üçün təcrübə mübadiləsinin aparılması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından təlimin böyük əhəmiyyəti olub və bu birgə iş həmçinin əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradıb.

Sonra çıxış edənlər – BMT-nin təbii fəlakətlərə cavab tədbiri üzrə əlaqələndirici şəxsi Roberto Kolancelo və BMT-nin Azərbaycan ofisinin rezident əlaqələndiricisi Qulam İsaczai təlimin uğurla reallaşdırıldığını bildiriblər. Çıxış edənlər bu təlimin beynəlxalq əməkdaşlığın genişləndirilməsi və dərinləşməsində böyük rol oynadığını vurğulayıblar.

Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Sonda xatirə şəkili çəkdirilib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə