Hadisə Bakının Pirallahı rayonunda restoranlardan birində baş verib. 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç və qardaşı 1988-ci il təvəllüdlü Rafael Hüseynov tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü Abutalıb Hüseynov Pirallahı RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb
Xatırlaadq ki, Xose Bernardo hələ yeniyetmə yaşlarından televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib.
Onun və qardaşının hansı şəraitdə bıçaqlanması və hadisənin təfərrüatları hələlik məlum deyil.