ETSN-in "Sahil" restoranına qarşı iddiası qismən təmin edilib

ETSN-in

Sumqayıt İnzibati-İqtisasi Məhkəməsində Ekologı̇ya Və Təbii Sərvətlər Nazı̇rlı̇yı̇n 4̇ saylı Regı̇onal Ekologı̇ya və Təbii Sərvətlər İdarəsinin “Sahil” istirahət mərkəzinin (restoran) rəhbəri Elnur Həşı̇mova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, hakim Zaur Pirverdiyevin icraatında olan iddia “Sahil” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədədir.

Məhkəmə nazirliyin iddiasını qismən təmin edib. Qərara əsasən, “Sahil” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi Həşimov Elnur Həşim oğluna həvalə olunub.

İddianın cavabdehin öhdəliyi yerinə yetirənədək restoranın fəaliyyətinin dayandırılması barədə hissəsi isə təmin edilməyib. 

REAL

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə