Ukraynaya kömək daimi olmayacaq - VİDEO

Ukraynaya kömək daimi olmayacaq - VİDEO
ABŞ bu ölkəyə hərbi köməyini dondurmaq niyyətindədir

Amerika Birləşmiş Ştatları Ukraynaya daimi kömək edəcəyinə zəmanət vermir.

Bu fikri ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə məsləhətçisi Robert Obreyn CBS telekanalının efirində səsləndirib. Robert Obreyn onu da qeyd edib ki, Tramp Administrasiyası, Ukraynaya ilk silah sursatla kömək edən ABŞ Prezident Administrasiyası olub, lakin bütün bunlara baxmayaraq, kömək əbədi olmayacaq.

Xatırladım ki, Birləşmiş Ştatların Konqresi 2019-cu il üçün Ukraynaya 250 mln dollarlıq kömək ayırmaq niyyətində idi, lakin Donald Tramp avqust ayının 29 bu köməkliyin dondurulması haqda sərəncam verir, sentyabr ayının sonunda isə Konqres bu sərəncamı ləğv edir və maliyyənin ayrılması davam edir. Robert Obreynin söylədiklərindən belə nəticə çıxartmaq olar ki, Donald Tramp gələn il keçiriləcək seçkilərdə qalib gələrsə, Ukraynaya hərbi kömək yenidən dondurula bilər.

Ukraynanın QOLOS, yəni SƏS partiyasının, Ali Radadakı fraksiya sədri Sergey Raxmanin isə Donbass regionunda gedən konflikti dondurmaq təklifi irəli sürüb. Onun fikrincə, Ukrayna indiki durumda, Donbass və Krım məsələsini birdəfəlik həll etmək üçün nə hərbi, nə siyasi gücə malik deyil. Mins qrupu çərçivəsində gedən danışıqlar isə Ukraynanı məğlubiyyətə sürükləyir, ona görə də bütün danışıqlar və hərbi əməliyyatları dayandırıb, adı çəkilən regionlarda yaşayan, Ukrayna vətəndaşlarının Ukraynanın nəzarət ediyi regionlara köçürülməsini təmin etmək və gözləmək lazımdır

Ukraynanın Müdafiə Naziri Andrey Zaqorodnyuk isə həqiqi hərbi xidmətə çağırışı nəinki dondurmaq, ümumiyyətlə ləğv etmək fikrindədir. Nazirin fikrincə, Ukrayna silahlı qüvvələri NATO standartlarına yaxınlaşmaq üçün, hərbi xidmətə çağırışdan tam imtina etməli və yalnız könüllü, müqavilə ilə xidmət edən peşəkar ordu yaratmalıdı ki, bu orduda əsas amil say yox, keyfiyyət olacaq. Lakin bu uzunmüddətli bir prossesdir və nazirin fikrincə, peşəkar silahlı qüvvələrə keçid bir neçə il ərzində başa çatdırıla bilər.
 

REAL TV-nin Ukrayna bürosu

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə