DİM musiqi təhsili almaq istəyən abituriyentlərə müraciət edib

DİM musiqi təhsili almaq istəyən abituriyentlərə müraciət edib

2020/2021-ci tədris ili üçün keçiriləcək “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərdən minimum 5 illik musiqi təhsili tələb ediləcək. 

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, 2019/2020-ci tədris ili üçün qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərinə əsasən, Azərbaycan Milli Konservatoriyasının “xalq çalğı alətləri ifaçılığı-nağara” aləti 22-ci komissiyada yer alıb.

Həmin komissiya üzrə qabiliyyət imtahanı “ixtisas”, “harmoniya və solfecio” fənlərindən ibarətdir.

DİM ekspertlərlə müzakirələr aparıb və “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” aləti üzrə qabiliyyət imtahanlarının “ixtisas”, “musiqi nəzəriyyəsi və solfecio” fənləri üzrə keçirilməsi qərara alınıb. Bu qərara uyğun olaraq Azərbaycan Milli Konservatoriyasının “İnstrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı-nağara)” ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 23-cü komissiya üzrə qeydiyyatdan keçməlidirlər. Qabiliyyət imtahanlarını müvəffəqiyyətlə verib müsabiqəyə buraxılan abituriyentlər bu alət üzrə Bakı şəhərində tədris aparılan istənilən təhsil müəssisəsinin uyğun ixtisasını seçmək hüququ qazanacaqlar.

DİM-in dərc etdiyi “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalında qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və digər məlumatlar çap ediləcək. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə