Tarixi büdcə - VİDEO

Tarixi büdcə - VİDEO
Müstəqillik tariximizin ən irihəcmli büdcəsi müzakirə olunur

Milli Məclis 2020-ci il dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsinə başladı.

Milli Məclisin Sədri Oqtay Əsədov Parlamentin bu gün keçirilən plenar iclasında bildirdi ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf müşahidə olunur. Spikerin sözlərinə görə, 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir.

Maliyyə naziri Samir Şərifov dedi ki, Azərbaycanda köklü sosial-iqtisadi islahatların davam etməsini nəzərdə tutan 2020-ci ilin büdcə zərfi yeni layihələr, sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub. Büdcənin tərtibində ölkənin makroiqtisadi proqnozları əsas götürülüb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirdi ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Belə ki, Ümumi Daxili Məhsulun gələn il 3 faiz, növbəti illərdə isə 3,3 faiz artacağı proqnozlaşdırılır.

2020-ci ilin dövlət büdcəsinin müzakirəsi noyabrın 13-ü və 14-də də davam etdiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə