Yataqxanada dam uçqunu baş verib - VİDEO

Yataqxanada dam uçqunu baş verib - VİDEO
Binada məskunlaşan sakinlərin köçürülməsinə başlanılacaq

Yataqxanada baş verən uçqun zamanı vətəndaşlara ziyan dəyməyib.

Hadisə yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsində baş verib. Çökən hissə Cəbrayıl rayonundan olan məcburi köçkün İbayev Həbib Məhəmmədəli oğlunun yaşadığı 47 saylı otağın sahəsinə aiddir.Hadisə yerinə Rayon İcra Hakimiyyətinin, polis idarəsinin rəhbərliyi və Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə əməkdaşları gəlib.

Uçqun ba verən otağın altındakı mənzil isə Qənirə İsmayılovaya məxsusdur.

Bina Fövqəladə Hallar Nazirliyinin qəzalı binalar siyahısındadır. Nərimanov rayonu İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov bildirdi ki, binanın qəzalı olması barədə müvafiq akt tərtib olunaraq aidiyyəti qurumlara təqdim edilib.

Qeyd edək ki,artıq ailə həmin yataqxanadan köçürülüb.binanın cari təmiri ilə bağlı hazırlıq işləri görülür. Qısa vaxtda bina təmir ediləcək və ya binada məskunlaşan ailələrin köçürülməsinə başlanacaq".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə