Ruh adamı - VİDEO

Ruh adamı - VİDEO
Rəmişin 75 yaşı tamam olur

Rəmişin - Rafiq Hüseynovun 75 yaşı tamam olur. Onun haqqında yüz ilin dostları da danışmaqda çətinlik çəkirlər. Məsələn Aqil Abbas 30 idən çoxdur ki, Rəmiş haqqında yazmağa başladığı romanını bitirə bilmir. Bəlkə də ona görə ki, hələ də onu sona qədər kəşf edə, tanıya bilməyib. Bu mənada bu reportajın müəllifi kimi mənim də işim asan deyil. Onunla cəmi bircə dəfə Real müsahibə etmişəm. O da Ağdamın işğalı günü....

25 dəqiqəlik müsahibəmdə Rəmiş yaddaşımda təxminən belə qaldı. O söz adamı deyil, və yaxud söz adam deyil, amma saz adamdır. Danışa bilmir, amma danışdırır. Ən çox da qarşısındakını. Elə hey ona sual vermək istəyirsən, cavabları səni qane etdi-etmədi dəxli yoxdur, bu adam bütün mahiyyəti, varlığı ilə maraqlıdır.

Sənətinə gəlincə, hə, elə Rəmişi, xalq artisti Rafiq Hüseynovu Azərbaycan mədəniyyətinin bir parçasına çevirən də köksünə sıxdığı gitarası olub.
İnterşum...

Ruhani saz havasıdır. Rəmişin ruhanisi Rəmişin ruhunun havası. O havaya köklənib hələ çox yaşayın, sənətkar. Qarşıda hələ Ağdamın azad olacağı gün var.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə