Lavrovun Ermənistanda Qarabağ açıqlaması - VİDEO

Lavrovun Ermənistanda Qarabağ açıqlaması - VİDEO
F.Şəfiyev: "Beynəlxalq hüquqi sənədlərdə Qarabağ xalqı ifadəsi yoxdur"

Ermənistanda 2 günlük səfərdə olan Rusiyanın Xarici Siyasət İdarəsinin başçısı Sergey Lavrovun açıqlamaları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı baza sənədlərinə, xüsusilə ATƏT-in 1992-ci ildə Helsinkdə qəbul etdiyi qərara təkrar nəzər yetirmək zərurətini yaratdı.

Bunu REAL-a müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev dedi.

Rusiya Xarici İşlər Nazirinin Ermənistanın baş naziri Paşinyanın "Ermənistan, Dağlıq Qarabağ və Azərbaycanın maraqlarını nəzərə almaq lazımdır" sözlərini sitat gətirməklə Qarabağın tərəf kimi danışıqlara cəlb olunmasını səsləndirdi.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirdi ki, qəbul edilmiş beynəlxalq hüquq sənədlərdə Qarabağ xalqı ifadəsi yoxdur.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən qəbul etdiyi və hüquqi öhdəlik daşıyan 4 qətnaməsinə əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovlar Ermənistan hökumətinə qarşı” işi çərçivəsində qəbul edilmiş qərarda qeyd olunur ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlar üzərinə nəzarəti həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, münaqişənin həlli, o cümlədən öz müqəddəratını təyin etmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən səsləndirilən, erməni tərəfinin uğursuz cəhdləri və xüsusilə Ermənistan baş naziri Nikol Paşinyanın bu ilin martında danışıqlar formatını dəyişməklə bağlı açıqlamaları ilə uzlaşan fikirləri vasitəçilik missiyasının və Rusiya da daxil olmaqla ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatının ruhuna uyğun gəlmir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə