Güvən yerimiz - VİDEO

Güvən yerimiz - VİDEO
12 noyabr Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanda Konstitusiya Günüdür. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 24 il ötür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə, ölkənin beşinci Konstitusiyası sayılır.

Təbii ki, əgər 1918-ci ildə qəbul edilmiş İstiqlal Bəyannaməsini nəzərə almasaq.

Bu səbəbdən Azərbaycanın ilk konstitusiyası RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası isə 1927-ci ilin martında qəbul edilib.

O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdi. Azərbaycanın sayca üçüncü konstitusiaysı isə repressiya illərində- konkret olaraq 1937-ci ildə qəbul olunub. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Və Azərbaycan dili dövlət dili statusu ilə bu sənəddə əks olundu.

Bu, o dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin xidməti idi. Elə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Konstitusiyanın qəbulu da müstəqillik tariximizin ən mühüm hadisəsi. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa şərait yaradan, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.

Ən əsası, müstəqil Azərbaycanın ali qanunudur. Həmişə güvən yerimiz olsun.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə