Sabunçuda sakinlərlə görüş keçirilib - VİDEO

Sabunçuda sakinlərlə görüş keçirilib - VİDEO
BŞİH başçısı Eldar Əzizov sakinlərin müraciət və təkliflərini dinləyib

Ölkə başıçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində Sabunçu rayonu Sabunçu qəsəbəsində sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti görüş keçirilib.

Yüzlərlə sakinin, həmçinin qonşu qəsəbələrin nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, paytaxtın Sabunçu rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini dinləmişlər.

Əvvəlcə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanovun qəsəbədə görülmüş ilşlərlə bağlı hesabatı dinlənilib.

Sakinlər qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün paytaxtımız sürətlə inkişaf edir və müasir görkəm alır. O vurğuluyub ki, Prezidentin siyasəti ümumxalq xarakterlidir və bu istiqamətində atılan hər bir addımın təməlində vətəndaş amili dayanır. Cənab Prezidentin dövlət qurumları qarşısında qoyduğu əsas tələb vətəndaşların problemlərinin həllinə öz problemləri kimi yanaşmaqdır.

Paytaxtda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərindən, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin təmiri, yeni liftlərin quraşdırılması, məhəllələrin əsaslı təmiri və s. məsələlərdən danışan Eldar Əzizov bildirib ki, Dövlət baçısı qarşıya paytaxtın qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı tapşırıq qoyub.

Maraqlı dialoq şəklində keçmiş görüşdə onlarla sakin çıxış etmiş onları narahat edən məsələlər dinlənilib və müvafiq tapşırıqlar verilib. Müraciət edənlərin tələbi əsasən fərdi yaşayış evlərinin sənədləşdirilməsi, su və kanalizasiya xətlərinin yenilənməsi, məhəllədaxili yolların təmiri və işıqlandırılması, sahibsiz heyvanların yığışdırılması, qəsəbədə yeni uşaq bağçası və məktəb üçün əlavə tədris korpusunun tikintisi və s. olub.

Bütün müraciət və təkliflər şəxsən Eldar Əzizov tərəfindən nəzarətə götürülərək protokallaşdırılıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə