Bayrağımızı Patrik Braxnerə həvalə edəcəyik

Bayrağımızı Patrik Braxnerə həvalə edəcəyik
Qış Olimpiya Oyunlarında Azərbaycanı 1 idmançı təmsil edəcək.

Fevral ayının 9-da Cənubi Koreyanın Pxençxan şəhərində start götürəcək Qış Olimpiya Oyunlarında Azərbaycanı 1 idmançı təmsil edəcək. Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Əzizə İsmayılova Real Tv-yə açıqlamasında bildirib ki, Pxençxanda bayrağımızı əslən avstriyalı olan Patrik Braxner daşıyacaq. Braxner slalom və nəhəng slalom növlərində qüvvəsini sınayacaq.

Məlumat üçün deyək ki, Braxner 2010-cu ildən Azərbaycan bayrağı altında çıxış edir. 2013-cü ildə Avstriyanın Şladminq şəhərində keçirilmiş dünya çempionatında 37-ci olmuş Patrik, 2014-cü ildə Soçidə təşkil olunmuş olimpiadada nəhəng slalom yarışında finiş xəttinə çata bilməmişdi.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə