“Vüqar Həşimov”dan maksimum nəticə - VİDEO

“Vüqar Həşimov”dan maksimum nəticə - VİDEO
“Odlar Yurdu” komandası bu dəfə də heç-heçə edib

Monteneqroda şahmat üzrə klublararası Avropa kuboku turniri davam edir. Yarışda 3-cü turun oyunları təşkil olunub.

Kişilərdən ibarət “Vüqar Həşimov” klubu ardıcıl 3-cü qələbəsini qazanıb. Zəka sahiblərimiz Rusiyanın “Primorskiy Rayon” kollektivini üstələyib. Bununla da zəka sahiblərimiz maksimum nəticəylə liderlər qrupunda qərarlaşıb.

Qadınlardan ibarət “Odlar Yurdu” komandası isə Çexiya “AVE Novy Bor”u ilə mübarizə aparıb. Hərəyə 1 qələbə qazanan tərəflər, 2 görüşü sülhlə bitiriblər. Nəticədə qarşılaşma 2-2 hesabı ilə yekunlaşıb. Bununla da zəriflərimiz 4 xalla 4-6-cı yerləri bölüşürlər.

Xatırladaq ki, “Vüqar Həşimov” klubu birinci turda Belçikanın “Fonteine”, ardınca Sloveniyanın “Maribor” komandalarını məğlub edib. İsrailin “Rishon Lezion” kollektivini üstələyən “Odlar Yurdu” ardınca gürcüstan “Nona”sı ilə heç-heçə edib.

“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa yer alıb.

“Odlar Yurdu” komandasında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparır.

7 turdan ibarət Avropa Kubokuna Noyabrın 16-da yekun vurulacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə