Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən REAL-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “BMW 528i” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra “Cesi” ləqəbli kinoloji xidməti itin reaksiyası nəticəsində nəqliyyat vasitəsinin oturacaqların arxasında 4000 ədəd “King” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə