Ağcabədidə avtomobil yolu yeniləndi - VİDEO

Ağcabədidə avtomobil yolu yeniləndi - VİDEO
Boyat-Biləyən-Hacılar-Qaraxanlı yolu 4 yaçayış məntəqəsini əhatə edir

Uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən qara və çınqıl örtüklü olan Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolları yararsız vəziyyətdə idi.

Kəndlərə gedən və kənddaxili avtomobil yollarında torpaq yatağının orta eni 5.2-7.5 m təşkil edirdi. Vətəndaşların rahat gediş-gəlişinə maneə yaradan bu çatışmazlıqları aradan qaldırmaq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilməklə yenidənqurma işləri həyata keçirildi.

Uzunluğu 18 km olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə