Azərbaycanda daha bir elektron xidmətlər portalı yaradılacaq

Azərbaycanda daha bir elektron xidmətlər portalı yaradılacaq

Gələn il Azərbaycanın bir sıra dövlət qurumlarının xidmətlərini cəmləşdiriləcək yeni "e-KOB" elektron xidmətlər portalı yaradılacaq.

Bunu "APA-Economics"ə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Agentlik tərəfindən ölkədə "elektron hökumət" layihəsi çərçivəsində icra olacaq: "Portal təkcə KOBİA-nı deyil, eləcədə də bir neçə digər dövlət qurumunu "e-KOB" reyestrinə inteqrasiyasını nəzərdə tutur. Portala bir neçə dövlət qurumunu – İqtisadiyyat Nazirliyini, Dövlət Vergi Xidmətini, Qida Təhlükəsizliyi Agentliyini, Kənd Təsərrüfatı Nazirliyini və digərlərini birləşdirəcək. İnanıram ki, bu layihə gələn il ərzində icra olunacaq".

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə